Ermənistan-Böyük Britaniya hərbi əməkdaşlığının 2015-2016-cı illər planı imzalanıb.
“Media forum” saytı xəbər verir ki, sentyabrın 30-u Yerevanda imzalanan planın detalları məxfi saxlanır.
Planın imzalanması Ermənistan və Böyük Britaniya müdafiə nazirliklərinin ötən iki gündə keçirdiyi ilk məsləhətləşmələrinin yekunu olub.
Məsləhətləşmələr sentyabrın 30-da Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla Böyük Britaniyanın səfiri Ketrin Liçin qatıldığı müşavirə ilə bitib. Məxfi planı da onlar imzalayıblar.


Şərhlər