“BİR İNSANIN LAQEYDLİYİ ONLARLA GÜNAHSIZ İNSANIN ÖLÜMÜNƏ GƏTİRİB ÇIXARA BİLƏR...”- Millət vəkili seçicilərinə müraciət etdi + FOTOLAR / VİDEO

Hazırda ölkədə koronavirus pandemiyası ilə bağlı yaranmış durum yeni Milli Məclis və onun üzvləriləəvvəlki çağırış parlament arasında xeyli fərqlərin mövcud olduğunu deməyəəsas verir. Belə ki, yeni deputatlar arasında öz seçicilərinə qarşı əvvəlki millət vəkillərilə müqayisədə daha həssas və səmimi davranan millət vəkilləri var.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkili seçilən Sadiq Qurbanov pandemiya səbəbindən seçicilərinin yaşadığı problemlərin həllinə mümkün vasitələrlə kömək etməyə çalışır.

Sadiq Qurbanovun öz sosial şəbəkə səhifəsindən seçicilərinə müraciətini diqqətinizə çatdırırıq:

“Çox hörmətli Siyəzən və Şabran rayonu sakinləri!
Dəyərli dostlarım!

Parlament seçkiləri zamanı sizlərlə tez-tez görüşəcəyimə dair söz vermişdim. Təəssüflər olsun ki, dünyada tüğyan edən Covid-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu virusa qarşı mübarizə çərçivəsində bütün dövlətlər tərəfindən görülən əsas tədbirlərdən ən önəmlisi evdə qalmaq, insanlarla ünsiyyəti maksimum azaltmaqdır. Prezidentimiz cənab İlham Əliyevin əhalimizin sağlamlığının qorunması və bu virusa qarşı mübarizənin gücləndirilməsi məqsədi iləəlaqədar imzaladığı fərmana əsasən ölkəmizdə karantin rejimi elan olunmuşdur. Birinci vitse prezidentimiz dəyərli Mehriban xanım Əliyeva bu məsələnin ciddiyətini nəzərə alaraq dəfələrlə xalqa müraciət etmişdir.
Bu səbəbdən təəssüf ki, söz verdiyim kimi sizinlə tez-tez görüşməyimiz müvəqqəti olaraq mümkün deyildir. Bu gərgin və xoşagəlməz vəziyyət davam etdiyi müddətdə sosial şəbəkələr vasitəsilə əlaqələrimiz davam edəcəkdir.

Əziz həmvətənlərim, son olaraq, Mehriban xanımın müraciətinə qoşularaq, deyirəm ki, vacib zərurət olmadan evlərinizi tərk etməyin. Çünki, bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.

İnanıram ki, #evdəqal çağırışlarına məsuliyyətlə yanaşacaqsınız. Özümüzü vəətrafımızdakıların sağlamlığını qoruyaq!”

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olan Sadiq Qurbanov seçildiyi 54 saylı Şabran-Siyəzən seçki dairəsində yaşayan 100-ə yaxın imkansız ailəyəərzaq yardımı göndərib. Artıq bu dairəni əhatə edən bir çox kəndlərdə yaşayan həmin ailələrə yardımlar çatdırılıb.

Millət vəkili eyni zamanda Siyəzən və Şabrandakı imkanlı şəxslərə də müraciət edib: “Sınaq qarşısındayıq. Məqsədimiz bu sınaqdan az itki ilə çıxmaq vəəhalimizin sağlamlığını qorumaqdır. Hökumətimiz bu istiqamətdə ciddi və maarifləndirici tədbirlər görməkdədir. Müvəqqəti qadağalar tətbiq edilib ki, bu da günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olmasına və qazanclarının kəsilməsinə səbəb olub. Amma dövlətimiz onları da yaddan çıxarmayıb. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu gün mövcud vəziyyətdən dolayı yaranan ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Həmin insanlara həm maddi, həm mənəvi müstəvidə yardım göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur".

Təqdir olunacaq hal həm də odur ki, S.Qurbanovun müraciətini dəstəkləyən imklanlı şəxslər bu xeyirxah kampaniyanın qısa zaman kəsiyində həyata keçiriblər.

Onu da qeyd edək ki, Sadiq Qurbanov eləərzaq yardımları paylanılan zaman imkan daxilində hər bir ailə ilə görüntülü telefon əlaqəsi yaradaraq onları bu ağır gündə səbrli və təmkinli olmağa, hökumətin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirləri dəstəkləməyə və tətbiq etdiyi qaydalara riayət olunmasına çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar