Menu

Yaponiyada fövqəladə vəziyyət rejimi tətbiq edilir

06.04.2020, 13:33
Yaponiyada fövqəladə vəziyyət rejimi tətbiq edilir

Aprelin 7-dən etibarən Yaponiyada pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq nəzərdə tutulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Bildirilib ki, ölkənin bütün şəhərlərinə giriş-çıxış bağlanacaq.

Qeyd edək ki, Yaponiyada son sutka ərzində 308 nəfər yoluxub. “Diamond Princess” gəmisinin 712 sərnişini də daxil olmaqla, ölkə üzrə ümumilikdə yoluxanların sayı 4 586-ya çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol