Çin bir ayda maska və tibbi ləvazimatlardan 1.4 milyard dollar qazanıb

Çin geridə qoyduğumuz mart ayından bu tərəfə xarici ölkələrə 4 milyard tibbi maska satışını həyata keçirib.

“AzPolitika.info” Banker.az-a istinadən xəbər verir ki, mart ayının 1-dən virus pandemiyasının start götürdüyü Çin, 50-dən çox dünya ölkəsinə 3,86 milyard maska, 37,5 milyon qoruyucu geyim parçaları, 16 min süni nəfəsvermə aparatları, 2,84 mln. COVID-19 testində istifadə olunan geyim dəstləri ixrac edib. Bunu ölkə rəsmisi xanım Cin Hay təsdiqləyir.

Cin Hay əlavə edir ki, ölkəyə bununla son 30 gündə tibbi təchizatı təmin etməklə 10,2 milyard yuan (1,4 milyard ABŞ dolları) həcmində valyuta daxil olub.

Son həftədə, Uzaq Şərq ölkəsinin bu məhsullarını satışı həyata keçirilsə də, bir çox ölkələr bu məsələdə fərqli düşünür.

Baxmayaraq ki, bir çox ölkələr – Flippin, Türkiyə, Niderland və İspaniya Çinin bu məhsullarındakı standartlardan bir o qədər də razı görünmürlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar