Menu

ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı - VİDEO

07.04.2020, 14:37
ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı - VİDEO

“XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir”.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus fransalı alimlərin koronavirus vaksininin Afrikadakı insanlar üzərində sınaqdan keçirilməsi fikirlərinı münasibət bildirərəkən deyib.

“Açığı, bu, məni dəhşətə gətirdi. Bu gün irqçi çıxışlardansa, həmrəylik nümayiş etdirmək lazımdır. Afrika heç bir vaksin üçün təcrübə yeri olmamaldır, olmayacaq da. Afrika, Avropa, dünyanın harası olursa-olsun, protokollar hər yerdə eyni şəkildə tətbiq ediləcək. Müstəmləkəçik dövründən qalma mentalitetə son qoyulmalıdır. Bu utanvericidir", - o vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də Fransadan olan həkimlər Jan Pol Mir və Kamilla Loxt koronavirus vaksinini Afrikada sınaqdan keçirməyi təklif etmişdilər.

Şərhlər

MRP 2020-04-07 17:42:47

Əlcəzairdə iki milyon insanı qətlə yetirən dövlətin həkimindən bundan artıq açıqlama gözləməyinə dəyməz.

MRP 2020-04-07 14:46:17

Təkcə Əlcəzairdə iki milyon insanı qətlə yetirən ölkənin vətəndaşından (həkimindən) bundan artıq heç nə gözləmək olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol