Menu

II rübdə neftin orta qiyməti 23 dollar olacaq - Beynəlxalq Enerji Agentliyi

08.04.2020, 12:48
II rübdə neftin orta qiyməti 23 dollar olacaq - Beynəlxalq Enerji Agentliyi

Beynəlxalq Enerji Agentliyi (EİA) 2020-ci illə bağlı bədbin proqnoz açıqlayıb.

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, proqnoza görə, “Brent” neftinin illik orta qiyməti 33, II rübdə isə 23 dollar olacaq.

Agentlik neftin kəskin ucuzlaşması üçün 2 səbəb göstərib: ehtiyat anbarlarda xammalın toplanması və ümumiyyətlə ehtiyat imkanlarına dair dürüst məlumatların olmaması. İkinci mühüm faktorlar kimi dünya iqtisadiyyatının enişi, illik gündəlik tələbin 5,2 mln barel azalması qeyd olunub.

“Rystad Energy” isə proqnozlaşdırıb ki, 2020-ci ildə dünya neft sənayesində 1 milyon nəfər iş yerlərini itirəcək.

Xatırladaq ki, 2015-2016-cı illərdə bu göstərici 450 min nəfər olmuşdu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol