Menu

Boris Conson reanimasiyadan çıxdı

10.04.2020, 00:18
Boris Conson reanimasiyadan çıxdı

Böyük Britaniyanın koronavirusa yoluxan Baş Naziri Boris Conson reanimasiyadan çıxıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş Nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, Conson bu gün reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonda martın 27-də koronavirus aşkarlanıb. Conson şəxsi həkiminin tövsiyəsi ilə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol