Belarusda son sutkada COVID-19-dan 4 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, ölkə üzrə 2 226 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb. Virus qurbanlarının ümumi sayı isə 23-ə çatıb.


Şərhlər