Menu

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi - AÇIQLAMA

12.04.2020, 13:44
Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi - AÇIQLAMA

Siqaret çəkənlərin koronavirusa yoluxmaması ilə bağlı yayılmış mifi növbəti dəfə rədd ediblər.

Rusiyanın Onkoloji Elmi Mərkəzinin profilaktika şöbəsinin rəhbəri Vladimir Levşin “Sputnik” radiosuna müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, hazırda guya siqaretin koronavirusdan qoruması ilə bağlı müxtəlif yanlış fikirlər səslənir:

“Bu, əlbəttə ki, cəfəngiyyatdır. Siqaret çəkmək koronavirusdan xilas etmir, əksinə, siqaret çəkənlərdə olan xəstəliklər bu virusu özünə cəlb edir”.

Alimin sözlərinə görə, 5-6 il siqaret çəkənlərdə xroniki bronxit xəstəliyi yaranır ki, bu da sətəlcəm riskini bir neçə dəfə artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol