Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib.
"AzPolitika" xəbər verir ki, bu haqda S.Soylu açıqlama yayıb.
S.Soylu istefasına səbəb kimi, Türkiyədə küçəyə çıxmaq qadağasından sonra yaranmış vəziyyəti göstərib.
Xatırladaq ki, koronvirsula bağlı Türkiyədə küçəyə çıxma qadağasından sonra minlərlə sakin qida ehtiyatını təmin etmək üçün ərzaq mağazalarına axın etmiş və ortaya istənməyən görüntülər çıxmışdı.
***
“15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada belə bildirlib.
Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb Tayyib Ərdoğan onun ərizəsini qəbul etməyib.
Qeyd edək ki, Türkiyə Prezidenti üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.


Şərhlər
Çünki, her makama yükselen Soylu olamaz. Her Soylu da bu Soylu kadar vatan ve millet sevdalısı olamaz. Belə bir ağır zamanda, Cümhur Başkanı edibsə də düz edib. Etsəyidi istefasını kabul, bu sadece Türk duşmanları sevindirecekdi.
Türkiyə istefa mədəniyyətinə görə də dünyəvi dövlət olduğunu təsdiq edir.