Menu

FHN-də qanvermə aksiyası keçirilib - FOTO

13.04.2020, 15:06
FHN-də qanvermə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq bu gün Fövqəladə Hallar Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

APA-nın məlumatına görə, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub.

Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol