Bakının Nərimanov rayonunda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində ehtiyacı olan insanlara dəstək göstərilməsi və dezinfeksiya işləri davam edir.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun əsas küçələrində, binaların qarşısında, bloklarda və digər yerlərdə dezinfeksiya işləri fasiləsiz aparılır.
Bundan başqa Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verirlər.
Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini xahiş edir.
Nərimanov rayonu ərazisində bugünkü dezinfeksiya işlərinin videogörüntülərini təkdim edirik:


Şərhlər