Menu

Azərbaycandan Gürcüstana ixrac edilən qazın həcmi açıqlanıb

15.04.2020, 16:46
Azərbaycandan Gürcüstana ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana ixrac edilən qazın həcmi 923 mln. kubmetr olub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Hesabat dövründə ümumilikə Azərbaycanınxaricə qaz satışı 3,57 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur

Qeyd edək ki, Azərbaycan qazı Gürcüstana iki boru kəməri - Cənubi Qafqaz Boru Kəməri və Qazıməmməd-Qazax boru xətti ilə nəql olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol