Menu

"Qarabağ danışıqları pandemiyaya baxmayaraq, davam etdirilir" - Rusiya XİN

17.04.2020, 18:42
"Qarabağ danışıqları pandemiyaya baxmayaraq, davam etdirilir" - Rusiya XİN

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr COVID-19 pandemiyasına baxmayaraq, davam etdirilir.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Kreml rəsmisi həmçinin münaqişənin həlli ilə bağlı aprel ayında Rusiya xarici işlər nazir Sergey Lavrovun Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon söhbətləri zamanı da müzakirələr aparıldığını xatırladıb: “ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT rəhbərinin şəxsi nümayəndəsi Anjey Kaspşik də mütəmadi olaraq tərəflərlə təmasdadırlar. Hazırkı təmaslar silsiləsinin diqqət mərkəzində koronavirusun yayılması və danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi məsələlər durur. Təmas xəttində və sərhədlər boyu vəziyyət də müzakirə olunur”.

Şərhlər

adil 2020-04-18 07:22:40

30 ildi danishuruq !!! noolsun ? Qarabaqi ele siz rusdar alibsiniz !!! Rus hemshe ikiterefli oyun oynayib ...

t.ədalət 2020-04-17 19:41:21

Rusiya bizim müstəqilliyimizə dil uzadır,həm də öz müstəmləkəsi kimi yanaşır.Özlərinə kömək lazım olduğu halda,guya bizə yardım etmək istəyir.Həm də beynəlxalq qanunları pozaraq Dağlıq Qarabağı ermənilərin xarici işlər naziri ilə müzakirə edir.Təəssüf ki bizimkilər Rusiyaya etiraz notaları səsləndirmirlər.Nə vaxta kimi?Məgər,bunlar bilmirlər ki,Rusiyanın Azərbaycana uzanan barmaqları qırılmaq üzrədir?Qonşu Gürcüstanın NATO ilə yaxınlaşması Azərbaycanı ,yəni maraqlandırmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol