Menu

Nərimanovda növbəti dəfə ehtiyacı olanlara ərzaq sovqatı paylanıb – FOTO

19.04.2020, 16:04
Nərimanovda növbəti dəfə ehtiyacı olanlara ərzaq sovqatı paylanıb – FOTO

Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.

İcra Hakimiyyətindən verilən məlumata görə, aksiya çərçivəsində karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb. 

Aprelin 18-də karantin rejimi tətbiq olunan dövr ərzində artıq ikinci dəfədir ki, 300-dən artıq şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə təkrar olaraq ərzaq payları çatdırılıb.

Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar veriblər.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini xahiş edir.

Rayon İcra Hakimiyyəti sakinlərdən yaranmış hər hansı bir probləmlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol