Menu

İsmayıllı sakini həmkəndlisinin avtomobilini atəşə tutub

20.04.2020, 12:06
İsmayıllı sakini həmkəndlisinin avtomobilini atəşə tutub

Aprelin 18-də İsmayıllı rayonunun Namazgah kəndi ərazisində kənd sakini Q.Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi F.Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurması barədə RPŞ-yə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Q.Mürsəlov saxlanılmış və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol