Menu

Kadırov koronavirusa görə başını keçəl qırxdırdı – Çeçen məmurlar sıraya durdu (FOTO)

22.04.2020, 14:46
Kadırov koronavirusa görə başını keçəl qırxdırdı – Çeçen məmurlar sıraya durdu (FOTO)

Rusiyanın Çeçenistan Şimali Qafqaz regionunda məmurlar regionun avtoritar lideri Ramzan Kadırovdan nümunə götürərək başlarını keçəl qırxdırıblar. Kadırov koronovirus pandemiyasına görə bərbərxanalar bağlandığından belə bir addım atıb. Kadırovun aprelin 21-də Instagram-da yerləşdirdiyi videoda saçının dibindən qırxıldığı görünür.

“Hamıya saçını qırxdırmağı tövsiyə edirəm, çünki gözəllik salonları bağlanıb, evlərdə də bərbər yoxdur... Əcdadlarımız belə ediblər, Məhəmməd peyğəmbər də çərşənbə axşamından çərşənbə gününə keçən gecə belə edib”, – Kadırov videoda deyir.

Bir gün öncə, koronavirusla mübarizə qrupunun iclasında yerli sakinlərdən biri Kadırovdan bərbərxanaları açmasını xahiş edib. Kadırov isə deyib ki, ən yaxşı çıxış yolu başını qırxdırmaqdır.

Kadırovun “Instagram”-da videosu yayılan kimi bir sıra hökumət məmurları, hüquq-mühafizə əməkdaşları, yerli hakimiyyətin digər təmsilçiləri internetdə fotolar yerləşdiriblər, hamısının saçını qırxdığı görünür.

43 yaşlı Kadırov Kremlin dəstəyilə 2007-ci ildə Çeçenistanı idarə edir. O, ictimai azadlıqları, vətəndaş hüquqlarını boğur, həm regionda, həm də xaricdə opponentlərini təqib edir.

Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kadırovu bu üsyankar regiona başçı təyin etməklə iki dağıdıcı müharibədən sonra sabitliyin bərqərar olmasında ona bel bağlayıb. Kadırov da regionu şəxsi subyekti kimi idarə edib. (Azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol