"Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs yaradılıb.
"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də Fərman imzalayıb.
Fərmana əsasən, Xidmət Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əsasında yaradılıb və Xidmətin strukturu təsdiq edilib.


Şərhlər