COVİD-19 pandemiyası astronomiya elminə, kosmik uçuşlara ciddi təsir göstərib

Professor, AMEA ŞAR-ın şöbə müdiri,
Hazırda biz sanki başqa dünyada yaşayırıq: yeni pandemiya 200-dən çox ölkəyə yayılıb, nəticədə bütün dünyada milli və dövlət müəssisələri böhrandan çıxmaq üçün ciddi tədbirlər keçirməkdədir. Belə tədbirlərdə məsafədən idarəetmə və karantin kosmos və astronomik müşahidələrə ciddi təsir göstərir.
Budur, artıq neçə müddətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (AMEA ŞAR) fəaliyyətini dayandırıb. İndiyədək yalnız texniki nasazlıqlar və cari təmir işləri istisna olmaqla, qalan heç bir səbəb, hətta istirahət və bayram günləri belə, teleskoplarda müşahidə işini dayandıra bilməzdi. Amma indi, AMEA-nın digər institutlarında olduğu kimi rəsədxanada da teleskoplar COVİD-19 pandemiyasına görə dayanıb.

Teleskopların iş vaxtı qiymətlidir, çünki hər saniyədə normal təmiz havalarda teleskop müşahidələrində alınan informasiya unikaldır, çünki məlumat alındığı anda Kainatda baş verən hansısa bir hadisəni qeyd edir. Həm indi, həm də gələcəkdə bəşəriyyət bu nəticədən hansısa elmi məsələlərin həllində istifadə edə bilər. Bəs dünya rəsədxanalarında pandemiya şəraitində vəziyyət necədir?
Son məlumatlara görə, pandemiya nəticəsində dünyanın 120-dən çox ən böyük yerüstü teleskopunun işi dayandırılıb. İndi yalnız avtomatlaşdırılmış sistemli teleskoplar məsafədən idarə oluna bildiyi üçün işləməkdədir. Astronomy.com saytının məlumatına görə hazırda işləməkdə olan ən böyük yerüstü teleskop güzgüsünün diametri 10.4 m olan Böyük Kanar teleskopudur.
Bundan başqa, koronovirusun yayılması bir çox ölkələrin aerokosmik agentliklərinin işinə ciddi təsir edib. Məsələn, Avropa Kosmik Agentliyinin bir əməkdaşı koronovirusa yoluxduğu üçün bir neçə planetlərarası stansiyanın işini təhlükəsizlik rejiminə keçirməli olublar. Pandemiya OneWeb kompaniyasını iflasa uğratdığından, şırkət “EkzoMars” programının yeni mərhələsini 2022-ci ilə kimi təxirə salibdır. NASA yeni raket daşıyıcısı SLS üzərində işi dayandırlb.
Yerüstü astronomiyaya pandemiya daha böyük zərər verib. Belə ki, əksər yerüstü rəsədxanalar il ərzində planlaşdırılan beynəlxalq konfransları, simpoziumları və s. görüşləri ləğv etməli olublar, öz əməkdaşlarını məsafədən iş rejiminə keçirmiş və ya müvəqqəti bağlanıblar.
Programlarından birində bizm milli rəsədxanamızın da iştirak etdiyi qravitasiya dalğaları üzrə beynəlxalq LİGO və VİRGO rəsədxanalarının işi dayandırılıb. Dünyanın lider rəsədxanalarından biri Avropa Cənub Rəsədxanasında həm optik teleskoplar, həm də dünyada ən böyük radioteleskoplar kompleksi ALMA dayanlıb.

Hazırda 120 ədəd dayanmış böyük teleskoplar içərisində ən məşhurlar Kek teleskopları, “Gemini”, “Subaru”, Maqellan teleskoları, Böyük binokulyar teleskop və başqaları misal ola bilər. Stratosferdə uçan SOFİA rəsədxanası öz fəaliyyətini dayandırıb. Yalnız tam avtomatlaşdırılmış sistemlər, məsələn RapSTARRS, Zwicky Transient Facility, Catania Sky Survey, yaxud Las Cumbres rəsədxanasının teleskopları işini davam etdirir.
Hazırda Yerin şərq yarımkürəsində işləyən ən böyük optik teleskop Kavkaz dağlarında qurulmuş Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasının 6 m-lik Böyük Azimutal teleskopudur.
Bütün dünya üzrə hazırda qalan teleskop 10.4 m-lik Böyük Kanar teleskopudur (İspaniya). Teleskop Palma adasında 2400 m hündürlükdə sönmüş Muçaços vulkanının zirvəsində qurulmuşdur. Aprel ayının 13-nə qədər isə Texasdakı Xobbi-Eberli teleskopu lider idi. Hazırda o da fəaliyyətini dayandırıb.



Şərhlər