Menu

"ABŞ hərbçilərinin Fars körfəzində işi yoxdur" - İran XİN

23.04.2020, 15:56
"ABŞ hərbçilərinin Fars körfəzində işi yoxdur" - İran XİN

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İran gəmilərini batırmaq əmrini şərh edib.

“Report” xəbər verir ki, iranlı nazir bu barədə “Twitter”dəki hesabında yazıb:

“ABŞ hərbçiləri arasında 5 000-dən artıq COVID-19-ə yoluxma halı var. Donald Tramp Səddam terrorçularının alqışladığı hədələri yaymaqdansa, onların ehtiyacları ilə məşğul olsa, daha yaxşı olardı. Bundan başqa, öz Fars körfəzimizdə dənizçilərimizi təhrik edən ABŞ qüvvələrinin evlərinin 7 000 milliyində işi yoxdur”.

Xatırladaq ki, dünən ABŞ prezidenti öz hərbi gəmilərinə onları dənizdə təqib edən İran gəmilərini məhv etmək göstərişi verib.

Şərhlər

Elli 2020-04-23 17:21:41

xox Amerika qorxdu, sən get ermənistana niyə yardım etdiyini fikirləş.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol