Menu

"COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb" - ÜST

23.04.2020, 20:57
"COVID-19 ölümlərinin yarısı qocalar evində qeydə alınıb" - ÜST

Avropada koronavirusdan ölüm hallarının yarısı qocalar evində baş verib.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin rəhbəri Hans Kluqe deyib.

“Orada işləyənlər tanınmayan qəhrəmanlardır. O işçilərə daha çox qoruyucu kostyum verilməlidir. Qocalar evində yaşlılara daha yaxşı baxılmalı idi, ancaq təəssüf ki, bu, belə olmadı”, - H.Kluqe bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 661 000-i ötüb. Bunların 730 727 nəfəri sağalıb, 185 504 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol