Menu

Bu ölkə karantin rejimini qaldırır – Restoranlar, mağazalar açılır, səyahətlər bərpa olunur

24.04.2020, 12:26
Bu ölkə karantin rejimini qaldırır – Restoranlar, mağazalar açılır, səyahətlər bərpa olunur

Çexiya hökuməti koronavirus qadağalarını yüngülləşdirməyə başlayıb. Artıq epidemiyanın nəzarətə alınmasının əlamətləri görünür vəölkə iqtisadiyyatına təzyiqi azaltmaq lazımdır. Səhiyyə naziri Adam Vojtek aprelin 23-də deyib ki, bu gündən hökumət vacib sayılmayan hərəkət və səyahətə qadağanı qaldırır.

Amma xaricə səfərdən qayıdanlar yeni qadağalarla üzləşəcəklər, ya test neqativ çıxmalıdır, ya da iki həftəlik özünütəcrid nəzərdə tutulur.

“Xaricə tətilə getmək mümkündür. Amma qayıdanda COVID testi mənfi çıxmalıdır, ya da iki həftəlik karantin olacaq”,– Vojtek deyib.

Hər gün AB sərhədlərini keçərək işə gedənlər isə hər 14 gündən bir COVID-19 testindən keçməlidirlər.

Daxili İşlər Nazirliyinin bildirməsinə görə, Avropa Birliyindən universitet tələbələri və biznes səyahətçiləri də müəyyən şərtlərləölkəyə buraxılacaq. Hökumət martın ortasından qüvvədə olan koronavirus qadağalarnın qaldırılmasını sürətləndirmyi planlaşdırdığını açıqlayıb. Amma ictimai yerlərdə maska taxmaq məcburi olacaq.

Aprelin 24-dən 10 nəfərdən çox adam bir yeyə yığışa bilər, indiyədək 2 nəfər idi. Aprelin 27-dən universitetlərin yenidən açılması gözlənir.

Mayın 11-də restoran və barlar müştərilərə bayırda xidmət göstərə biləcəklər. Bina daxilində xidmətin mayın 25-dən açılacağı gözlənir, əvvəl elan olunandan iki həftə qabaq.

Aprelin 27-dən sahəsi 2 min 500 kvadrat metrədək olan mağazaların, fitnes mərkəzləri, zoopark və kitabxanaların da yenidən açılması gözlənir. Böyük ticarət mərkəzi və gözəllik salonları isə mayın 11-dən açılmalıdır.

İndiyədək ölkədə 7 min 138 yoluxma qeydə alınıb, onlardan 4 min 776 hal aktiv sayılır. 210 nəfər vəfat edib.

Səhiyyə Nazirliyinin təhlili virusun yayılma sürətinin 0,7 olmasınıüzəçıxarandan sonra hökumət karantini yüngülləşdirməyə qərar verib. Bu, hər yeni yoluxmanın 0,7 nəfərə keçməsi deməkdir. Bir nəfərdən az yoluxma virusun yayılmasının azaldığını göstərir. Hökumət onu da deyir ki, infeksiya səviyyəsi artsa, qadağalar bərpa oluna bilər. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol