Menu

ADINA 49 MƏNZİL OLAN ŞƏXS DƏ 190 MANAT İSTƏYİR! - Nazirlikdən sensasiyalı açıqlamalar

24.04.2020, 13:54
ADINA 49 MƏNZİL OLAN ŞƏXS DƏ 190 MANAT İSTƏYİR! - Nazirlikdən sensasiyalı açıqlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) aztəminatlı işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmələrlə bağı yaranmış vəziyyət haqda açıqlama yayıb. 

“AzPolitika.info” nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbova istinadla xəbər verir ki, aprelin 9-dan birdəfəlik ödəmə - 190 manat gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir.

F.Talıbov qeyd edib ki, birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır.

“Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır”, - deyə nazirliyin nümayəndəsi vurğulayıb.

F.Talıbov qeyd edib ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər. O, bu fikirləri təsdiq etmək üçün rəqəmlər də açıqlayıb:

- Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min;
- Aktiv VOEN-i olanlar – 160 min;
- Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;
- Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);
- Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;
- İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.

Fazil Talıbov vurğulayıb ki, bütün bu müraciətlərə imtina cavabı verilir.

“Eyni zamanda müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil. Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!

Yaxud, son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar?” – deyə ƏƏSM-nin rəsmisi qeyd edib.

Bununla belə F.Talıbov deyib ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından, belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.

“Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik.

Qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir”, - deyə Fazil Talıbov fikirlərini yekunlaşdırıb.

AzPolitika.info

Şərhlər

Səbəb: Qanun və Qeyd 2020-05-03 10:26:34

Mülkədar qeydə alınmır ki, "fəhlə-kəndli balası" kimi vəzifəyə" minsin"?

Sahin 2020-04-25 00:56:50

Bu nazirlik yox,xalqi tehqir ve oyuncaq yuvasidir.umi sozlerle ,yalanla bas girleyirler. Sair demisken sehv dusub yerleri. Eger fakt varsa,qoy adi ile cagirsin. B elesi varsa,woy. Adini,famillini,adresini gostersin. Cunli adam muracoet edibse bunlar belli. E ks halda nazirlik yalan melimat vrrmis ve ictimaiyyeti aldatmis sayilir.

Əyyar 2020-04-24 23:59:43

Bəs torpaq islahatı 1996-cı ildə başa çatıbsa, 1998-ci ildə doğulan gəncə hansı haqla "adına torpaq payı var" deyə imtina cavabı verilir?

Eko 2020-04-24 21:40:58

Menimde adima 5 aftomobil var , noolsunki , men o aftomobilleri cixdan satmisham . Sadece adimdan cixartmayiblar.Bu o demek deyilki men oliqarxam

MRP 2020-04-24 14:58:28

İnsan mənliyini qorumalıdır.Mənlik isə genetik olaraq keçir.Ya olur yada ki yox.Azərbaycanda ziyalı adlananlar incəsənət xadimləri və s. prezidentdən fərdi təqaüd mənzil diləndiklərinin dəfələrlə şahidi olmuşuq.Odur ki belə dilənçilər az deyil.

t.ədalət 2020-04-24 14:09:37

Kiminsə adına 200 mənzil olsa belə,karantinlə əlaqədar iş yerləri və hərəkət dayandırıldığına görə vəsait ödənilməlidir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol