ABŞ Maliyyə Nazirliyi ölkənin koronavirus pandemiyası üzündən kəskin maliyyə itkilərinə məruz qalmış 93 aviadaşıyıcısına 12,4 milyard dollar ödəyib.
Bu barədə nazirliyin açıqlamasında məlumat verilir: “Bu gün Maliyyə Nazirliyi 03 aviadaşıyıcıya ilkin olaraq 12,4 milyard dollar ayırdı və müntəzəm olaraq əlavə ödənişlər olunacaq”.
Ayrılan vəsaitlər işçilərin əmək haqqının ödənməsinə yönəldilməlidir.
CNN telekanalının məlumatına görə, ABŞ-da tətbiq olunan hərəkət məhdudiyyəti üzündən aviaşirkətlərin sərnişinləri iki dəfədən çox azalıb.


Şərhlər
İnformasiyanı düzgün verin. Aviadaşıyıcı yəni sərnişin aviadaşıyıcı şirkətlərə.