Menu

ÇİNDƏ KORONAVİRUSUN İKİNCİ DALĞASI YAYILMAĞA BAŞLADI - Pekində yeni qadağalar qüvvəyə minib

27.04.2020, 16:08
ÇİNDƏ KORONAVİRUSUN İKİNCİ DALĞASI YAYILMAĞA BAŞLADI - Pekində yeni qadağalar qüvvəyə minib

Çinin Uhan şəhərindən sonra paytaxt Pekində koronavirusun ikinci dalğası geniş vüsət alıb. “Report” “Ahaber”ə istinadən xəbər verir ki, Pekində bu səbəblə bir çox iş yerləri yenidən bağlanıb.

Rəsmi rəqəmlərə görə, 82 mindən çox insanın yoluxduğu, 4 633 nəfərin öldüyü birinci dalğadan sonra pandemiyanın ikinci dalğası da Rusiya sərhədləri və paytaxtda geniş yayılmağa başlayıb.

Sonuncu pasiyentlərin də evə buraxılmasından sonra karantin qaydalarının yumşaldıldığı Çində bu səbəblə yeni qadağa və məhdudiyyətlər qüvvəyə minib. 10 milyondan çox əhalisi olan Pekində xeyli iş yerləri ilə bərabər idman zalları, hovuzlar qapadılıb. 

Həmçinin gigiyena qaydalarına əməl etməyənlər, maskasız küçəyə çıxan xəstələr və küçədə açıq şəkildə köpək gəzdirənlər üçün böyük məbləğdə cərimələr nəzərdə tutulub.

Şərhlər

Elli 2020-04-27 17:58:48

lap əla saytdır, bir çox saytlardan yaxşıdır. Xoşun gəlmir girmə bu sayta, amma minnət də qoyma.

Orxan 2020-04-27 16:36:36

Peshman oluram sizin sayta daxil olub nese oxuyanda, agziviza geleni yazirsiz besdirinde

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol