"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı".

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, tədris olunmayan mövzular imtahana yəqin ki, salınmayacaq: "Son iki ayın dərs proqramlarının qəbul imtahanlarına salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər".

Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur: "Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir".

Təhsil naziri Ceyhun Bayramov deyib ki, dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər: " Bu gün üçün bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarların qəbul edilməsində rol oynaya bilər. Ümumilikdə isə mövcud real vəziyyət yerli kontent nəzərə alınmaqla müddətlə bağlı qərar veriləcək".

Onun sözlərinə görə, indidən hansısa tarix barədə məlumat vermək düzgün olmaz:"Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq.

Ceyhun Bayramov qeyd edib ki, hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri va: "Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar".

Onun sözlərinə görə, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər.

Ceyhun Bayramov deyib ki, dərslər bərpa Nazirin sözlərinə görə, bəzi ərazilərdə şagird sıxlığı yüksək olan məktəblər var:"Ehtiyac yarandığı təqdirdə həmin siniflərdə şagird sıxlığının aradan qaldırılması üçün xüsusi yanaşma və qərarlar qəbul ediləcək".

Karantin rejiminin yumşaldılması ilə repetitorların fəaliyyətinin bərpa edilməsinə münasibət bildirərkən təhsil naziri Ceyhun Bayramov deyib ki, icazə verilən vaxt 3 saatdır. Fəaliyyət də buna uyğun olaraq planlaşdırılmalıdır.

C.Bayramov qeyd edib ki, ilk öncə insanların sağlamlığı nəzərə alınmalıdır.

Buna görə də karantin rejimində tətbiq edilən qaydalara əməl edilməlidir: "Məktəblinin gün ərzində bir neçə məşğələsi ola bilər. Amma 3 saatlıq icazə verilir və bunu nəzərə almaq lazımdır".