Menu

UEFA AFFA-nın hesabına pul köçürüb

27.04.2020, 20:05
UEFA AFFA-nın hesabına pul köçürüb

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosaasiyaya maliyyə yardımı edib.

"Report" qurumun rəsmi saytına istinadla xəbər verir ki, ümumilikdə 236,5 milyon avro vəsait federasiyaların hesabına köçürülüb.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürülüb.

Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol