2019-cu ilin statistik göstəricilərinə görə, Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin elədiyi 4 bankın bazar payı təxminən 4,5 faiz ətrafindadır. Rəqəm ifadəsi ilə bu rəqəm 1,5 milyard manat təşkil edir.
Xatırladaq ki, bu gün Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.
Adıçəkilən kommersiya qurumlarının ümumi kreditləşmədə payları – 6 faizə yaxın - 960 milyon manat təşkil edir. Depozitlərin həcminə görə, 4 bankın payları ümumilikdə 800 milyon manatdan artıqdır.
İqtisadçı Rövşən Ağayev bildirib ki, 2016-2019-cu illərdə “AG Bank”-ın ümumi zərəri 30 milyon manatdan manatdan çox olub.

Ekspert qeyd edib ki, 2016-2019-cu illərdə “Atabank” aktivlərini 15 faizə yaxın artırıb: “2016-2018-də 700 min manata yaxın ümumi mənfəəti olub. Həmin dövrdə “NBC Bank” aktivlərini 2 dəfədən çox artıraraq, 3.5 milyon manatdan çox mənfəət əldə edib. Kapitalın minimum yolverilən həddən aşağı məbləği (50 milyon manatdan aşağı) yalnız “Amrah Bank”-da olub”.
Ekspert bildirib ki, 2020-ci ilin ilk rübü üzrə hesabatlar bütün banklar üzrə hazır olmadığına görə son 3 ayda vəziyyətin necə dəyişdiyinə demək olmur.
İqtisadçı Qubad İbadoğlu isə Mərkəzi Bankın qərarını şərh edərkən bildirib ki, bu gündən həmin bankların ödəmə qabiliyyətini itirdiyinə görə ləğv edilməsinə başlanıb: “Bu o deməkdir ki, həmin bankların idarə heyəti bu gündən sonra səlahiyyətlərini itirir, ondan sonra ləğv etmə komissiyasının tövsiyyəsi əsasında banklar ya bağlana, ya da birləşə bilər, ondan sonra isə bankda olan əmanətlərin geri qaytarılmasına başlanılmalıdır.

Əmanətlərə gəlincə, 1 oktyabr 2019-cu ilə olan son məlumata görə "Atabank”-da 286,3 milyon manat, 1 yanvar 2020-ci ildə isə “AGBank” -da 208,2 milyon manat, “NBC Bank” 142,8 milyon manat və “Amrah Bank”-da 175,2 milyon manat əmanət vardır.
Beləliklə də, 4 bankda cəmi 812,5 milyon manat əmanət qalıb. Əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılacaq. Bu zaman ilk növbədə sığortalanmış əmanətlər sahiblərinə qaytarılacaq və ən böyük çətinlik cari hesablarda olan vəsaitlərlə yanaşı sığorta olunmayan əmanətlərin qaytarılmasında gözlənilir”.
Hazırda koronavirus pandemiyası ilə əlaqədar, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu məhduddur.
Vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və adif@adif.az e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunur.
AzPolitika.info

Şərhlər
“AGB” - bank menecmentinin səviyyəsinə görə Azərbaycanın öndə gedən banklarındandır.... Xəbəri oxuyanda bizim üçün utanc verici olan bir səhnə yadıma düşdü – Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovaya sual verən azərbaycanlı jurnalist və sual verdiyi zaman onun düşdüyü yazıq vəziyyət.... ölkədə jurnalistikanın inkişafına bu qədər dəstək göstərilir, xərc çəkilir, amma hansısa məmurun rəhbərliyi altında fəaliyyət göstərən quldur dəstə sahəni büsbütün bərbad vəziyyətə salır.....Məgər aydın deyil ki, biz işgüzar, peşəkar mütəxəssisləri itirə-itrə gediriksə, onlara qiymət verə bilmiriksə - irəliləmirik, əksinə, geriləyirik?!..... Nə üçün bizim bank sektoru bu qədər zəif inkişaf göstəricilərinə malik olmalıdır (o cümlədər kadrların hazırlıq səviyyələrinə görə)??? Axı ölkə rəhbərliyinin təsdiq etdiyi 2020 strateji inkişaf proqramının maliyyə sekotru bölməsində də (səh.75) bu, aydın, bir mənalı ifadə edilib!!! Bəlkə səbəb elə peşəkarlara qiymət verə bilməməyimizdir???.....