Menu

Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

28.04.2020, 18:00
Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

Rusiya Energetika Nazirliyinin qənaətincə, bu il neftin bir barelinin orta illik qiyməti 30 ABŞ dollarından bir qədər çox olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin departament direktoru Aleksandr Qladkov onlayn konfransda çıxışında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkənin 2035-ci ilədək enerji strategiyasında neftin yüksək qiyməti nəzərdə tutulmadığından hazırkı böhranda istehsalat göstəriciləri dəyişməyəcək. Belə ki, strategiyaya əsasən, Rusiyada neft və qaz kondensatının illik hasilatı 2024-cü ilədək 556-560 milyon ton, daha sonra isə vəziyyətə görə 490-555 milyon ton səviyyəsində, qaz hasilatı isə 2024-cü ilədək 795,1 - 820,6 milyard kubmetr, sonrakı dövrdə isə 859,7 milyard - 1 trilyon kubmetr həcmində nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ildə neftin orta illik qiyməti 63 dollar/barel səviyyəsində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol