Menu

ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb

29.04.2020, 18:39
ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb

Koronavirusun (COVID-19) təsiri ilə bu ilin I rübündə ABŞ-da ümumi daxili məhsul (ÜDM) 4,8% azalıb.“Report” ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bununla da son 6 ildə ilk dəfə ABŞ iqtisadiyyatında azalma qeydə alınıb.

Hesabat dövründə fərdi xərclər mağazalar və restoranların bağlanması ilə proqnozları üstələyərək 7,6% azalıb. Belə ki, I rübdə fərdi xərclər son 40 ilin minimumunu yeniləyib.

Qeyd edək ki, ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,1% böyümüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol