Menu

“Aİ-95” MARKALI BENZİN UCUZLAŞDI, BƏS “Aİ-92”?... - SOCAR-dan açıqlama

01.05.2020, 10:41
“Aİ-95” MARKALI BENZİN UCUZLAŞDI, BƏS “Aİ-92”?... - SOCAR-dan açıqlama

“Aİ-95” markalı yanacağın qiyməti bu gündən 10 qəpik ucuzlaşaraq, 1 manat 10 qəpik olub. Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yerli istehsal olan “Aİ-92” markalı benzinin qiyməti dəyişmir.

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ucuzlaşmaya səbəb “Aİ-95” markalı benzinin idxal edilməsidir: “Azərbaycanda istifadə edilən “Aİ-95” xaricdən idxal olunur və bazar qiymətlərinə alınır. Bazar qiymətləri dəyişəndə, ölkədə də həmin benzinin qiyməti dəyişir”.

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşüb.

Tarif Şurasının rəsmi açıqlamalarına görə, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, “Aİ-92” markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib:

"Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə edilmir. Azərbaycana idxal edilən "Premium-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir".

Şərhlər

Kamal 2020-05-03 10:19:06

Gözəlsən.

t.ədalət 2020-05-01 11:52:26

Aİ-95-in qiymətinin dəyişməməsi boşalan büdcəmizlə bağlıdır.Adama deyərlər ki,yerli benzin baha başa gəlirsə nefti xaricdən alın.

Məzi 2020-05-01 11:03:56

Onda belə çıxır ki, dünyada neftin qiyməti bir az da düşsə Aİ95-in qiyməti Aİ92-dən ucuz olacaq ki))))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol