Menu

Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb - 1 169 nəfər ölüb

01.05.2020, 11:49
Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb - 1 169 nəfər ölüb

Rusiyada son bir gündə 7 933 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 114 431 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 96 nəfər artaraq 1 169-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 13 220 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 561.

Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 310 000-i ötüb. Bunların 1 043 245 nəfəri sağalıb, 234 143 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

t.ədalət 2020-05-01 13:29:54

Buna nə ehtiyac var?Onsuz da virusun tüğyan elədiyi Çin,İran və Rusiya ilə ticarət əlaqələri və yük daşınmalarına ara verilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol