Menu

ARDNF apreldə valyuta satışını kəskin artırıb

01.05.2020, 13:15
ARDNF apreldə valyuta satışını kəskin artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin aprel ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan verilən məlumata görə, 2020-ci ilin aprel ayı ərzində ARDNF tərəfindən 531,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin mart ayı ilə müqayisədə 3,6 dəfə az, ötən ilin aprel ayı ilə müqayisədə 25,3% çoxdur.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-aprel aylarında ARDNF tərəfindən 3 303 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 67,2% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satıb.

Şərhlər

t.ədalət 2020-05-01 14:04:04

Dağıdılan ehtiyat aktivlərini sonradan bərpa etmək mümkün olmayacaq.Neft dünya bazarında qiymətini itirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol