HƏBS EDİLƏN İCRA BAŞÇISININ “KRIŞASI” KİM OLUB? – İki məmurun adı çəkilir

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin yüksək dövlət vəzifəsinə təyinat almasında Baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, M. Quliyev sabiq kənd təsərrüfatı naziri, daha sonra Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur. Mənbə bildirib ki, ali təhsili və idarəçilikdə, dövlət qulluğunda heç bir iş təcrübəsi olmayan restoran müdirinin sürətli karyera yüksəlişi ancaq hakimiyyətdə yüksək post tutan himayəçisi sayəsində mümkün ola bilərdi. Mahir Quliyevin belə qohumcanlı vəzifə sarıdan bəxti gətirib. O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra - 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.

Vəzifədə olduğu müddətdə haqqında mediada çoxsaylı korrupsiya, rüşvət, yarıtmaz idarəçiliklə bağlı ittihamlar irəli sürülsə, barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlansa da, “qüvvətli əl” onu qoruya bilib.

Bir başqa məlumata görə isə M.Quliyevin “Dövlət Dəmir Yolları”-nın rəhbəri Cavid Qurbanovla da yaxın dostluq əlaqələri var.

Ötən ilin sonlarında hakimiyyətdə aparılan struktur və kadr dəyişikliklərindən sonra belə məmurların vəzifədə qalmaq şansları azalıb. Vəzifəsindən sui-istifadə edərək, korrupsiya, rüşvət, mənimsəmə və s. cinayətlər törədən icra başçıları bir-birlərinin ardınca ifşa edilərək məsuliyyətə cəlb olunurlar. Bu prosesin davamlı olacağı şübhə doğurmur.

“AzPolitika.info”

635x100

Şərhlər

Məzahir 2020-05-04 13:46:36

İsməti Abbasov nə qədər dövlət vəsaiti mənimsədiyi.büdcə yrintisi niyə gizli saxlanıldı? Araşdırılmadı,sakitcə kənarda saxlanıldı.....Belə adamı necə krışa olub? Bax belə məsələləruin açılmaması milltdə narazılıq yaradır ki,bu hökumət niyə belə edir?k

Oxucu 2020-05-02 17:08:23

Şəkinin icra başçısının və 1 müavininin arxasında kim durur ?

Abdulla 2020-05-02 15:47:39

Maraqlıdır, bəs bu 9 ildə o necə işləyib.presidentə necə hər il,rüb,6 ay hesabatları verib,onun işinə nəzarət necə təçkil olunub, Bax əsl məsələ,əsl problem unufulurşKimdir müqəssir?Bunun kimi bir topa İcra başçıları vardır ki, onlar bir mərkəadən təyin edilib,idarə olunub,eyni cinayətıəri törədiblər və törədirlər.Elə buna görə də millət onlardan narazı olur.İcra başçılarından daxil olan şikayətlərbir qayda olaraq Admiistrasiyada araşdırılmaq əvəzinə şikayət edilənə göndərilməsui Novruzəliyev və digərlərinin "fəaliyyətia" deyilmi?3rfte

Mehdi 2020-05-02 14:40:11

Adlari cəkilən hər iki məmur(Caviddə,Ismətdə)cox təmiz adamlardi masallah.Hər ikisinində ətəyində namaz qilmaq olar.Həmin bu həbs olunan utancaq Mahir onlarin yaninda toya gedilmelidir vallah.

qudət 2020-05-02 14:23:29

Tamamilə düzdür.İsmət Abbasov nə vaxtdan icra başçısı qoyduran olub.Bilimmir bu qəzet də kimə işləyir.

Elli 2020-05-02 12:52:43

korrupsioner-çayçı-ofisiant-icra başçısı dördü birində.

elxan 2020-05-02 11:19:27

Bu bədbəxt millət hələdə başa düşmür ki rstoranda afisant işləyəni nə İsmət Abbasov nə də digər bir məmur rayon İHB təyin etdirə biıməz. Etdirsə belə bəs bu 15 il ərzində qulaqlarını kar gözləriniz isə nədən kor olub ki bunu görmədiz. Kim dost olub kim nə olub İndi neyləyək hec kimə salam verib hal əhval tutlmasin İHB bir şəxs qəbul edib təqdimat verirdi o da Prezidentin Adminstrasiya rəhbəri Ramiz Mehdiyev vəssalam niyə onun adını cəkmirsiz filankəs dedi filankəsin qahımıdı. yazıq millət hələ də nəyin başındadı bir birini şərləsin 39 cu ildəki xasiyət 39 əsr kecsədə yenə azərbaycanlıyıq...

Son yazılar