Prezident Donald Tramp ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə AP agentliyi xəbər verir.
Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq.
Agentlik qeyd edib ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-nin xarici yardımı ümumiyyətlə büdcənin 1 %-dən çox olmayıb. Dövlət Departamentindən yanvarın 9-da bildirilib ki, müharibənin başlanğıcından Kiyevə hərbi yardım üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.


Şərhlər
D.Tramp hazırda keçmiş prezidentliyi dövründəki kimi (kiçik dövlətlərin özlərindən səviyyələrindən yüksək ölkələrə, qlobal tədbirlərə xərclənməsinə baxmayaraq) ABŞın hər dollar maliyyəsinə daha kəskinliklə mühafizə etmək, üzərinə qazandırmaq tədbirlərinə artıq başlayıb.