Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.
"AzPolitika" "Xəzər TV"-yə istinadən məlumat verir ki, "Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları"nı təsdiq edib.
İqtisadçı Rəşad Həsənov bildirib ki, yeni sənədə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq: "Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir".
Rəşad Həsənov bildirib ki, yeni qaydalar ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulu daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.
Qeyd edək ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin cəlbi ilə yaradılması nəzərdə tutulur.
Ətraflı süjetdə:

Şərhlər
Belə boş,nəticəsiz.zamanı bəlli olmayan.bəlkə də qaytardılar mövzulu məlumatların mənası və məqsədi aydın deyil.Azərbaycanda nəyin qiymətləri uyğundur ki?Gğmrükdə 5 ollara idxal olunan adına kərə yağı deyilən yağ 22-23manata əhaliyə satılır.Bu qiymət fərqindən dövlətə malı gətirən firma nə qədər vergiödəiyini analiz .nəzarət edən varmı7Bunun kimi digər mallar.Onan başqadiqqət edin.unun,taxılın idxal qiymətləri ilə ondan hazırlanan məhsulların qiymətlərinə.Bu qədər bahalaşmanın səbəbini kimsə araşdırıb?Ucuzlaşacaq dediyiniz malların ucuzlaşacağına kim zəmanət verir?Heç kim! Belə halda belə məlumatların mənası varmı?Əvvəəl işi gör.sonra lovğalan!
Bu fərziyyələrlə nə emək istəyirsiniz? Boş-boş məlumatlarla xalqı qıcıqlandırmaq deyib deyil?Azərbaycanda son 30 ildə ucuzlaşan nəsə varmı? Əksinə ünyanın bir çox ölkəsini ərzaq,ço işlənən mallar üzrə qiymətləri çoxdan üstələmişik.ona görə əhali bütün gəlirlərini ölməmək üçün ərzaqa sərf etməsinə baxmayaraq qalanma zəifliyindən normal yaşaya bilmir.Ona görə nağıllarla baş qatmayın.