Menu

"ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək" - Tramp

21.01.2025, 00:21
"ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərini terror təşkilatları kimi tanıyacağını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, andiçmə mərasimində çıxışı zamanı bildirib.

"Bu gün imzaladığım sərəncama əsasən, biz kartelləri xarici terror təşkilatları kimi tanıyacağıq", - ABŞ lideri inauqurasiya nitqində deyib.

Qeyd edək ki, Tramp bundan əvvəlki hakimiyyəti dövründə Meksika narkotik kartellərini terrorçu qruplar kimi təsnif etmək niyyətində olduğunu açıqlasa da, sonradan bu qərarın verilməsini təxirə salıb.

Bundan əvvəl Tramp Meksika hökumətindən fentanilin (sintetik opioid - red.) ABŞ-yə axınının dayandırılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol