Menu

Milli Məclisin növbəti iclası mayın 5-də keçiriləcək

02.05.2020, 12:47
Milli Məclisin növbəti iclası mayın 5-də keçiriləcək

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin növbəti plenar iclası mayın 5-də keçiriləcək.

İclasın gündəliyinə Azərbaycan Ali Məhkəməsinə, Bakı Apelyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi məsələləri və digər qanun layihələri daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol