Menu

"BU NAZİRLƏRİN DƏ HƏBS EDİLMƏSİ QAÇILMAZDIR..." - YAP-dan açıqlama

02.05.2020, 15:31
"BU NAZİRLƏRİN DƏ HƏBS EDİLMƏSİ QAÇILMAZDIR..." - YAP-dan açıqlama

“Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.

Bu haqda Unikal.org-a açıqlamasında Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.

Xatırladaq ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan sərt mübarizənin bəzi mərkəzi icra orqanlarını da əhatə edəcəyini dünən yeni Baş prokuror Kamran Əliyevi videokonfrans rejimində qəbul edərkən prezident İlham Əliyev də açıqlayıb.

Prezident bunları bildirib:” Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”.

Şərhlər

Siyavuş müəllimə 2020-05-05 20:29:50

Şəki adlı rayonun olması yaddan çıxıb........?

ziyalı 2020-05-05 00:21:43

Şəkidə olan biabırçılıq, deməyə əsas verir ki, Şəki adlı rayonun olması dövlətin yadından çıxıb ?????

Kamil 2020-05-03 10:27:40

Xalqın çoxdan bildiyini bunlar, yeni məlumat kimi qələmə verirləl. Niyə indiyə kimi tədbir görmürdünüz? Hamısıda yap-çılardı.

Eli 2020-05-03 03:01:52

Gülmelidir bunları bunlar görmürlerToçnı Xruşov kimidirler Stalinin vaxtında minlerle günasızinsanın taleyını beş deqiqeye hell eden vezifeye keçen kimi oldu “melek” demokrat Yeni bunlar indiyedek olanları görmürdüler ya görmek istemeyiblerVallah adam lap mehettel qalır

İnsan 2020-05-03 01:47:47

Xarici Işlər Nazirliyinin Kadrlar İdarəsi ən rüşvətxor qurumlardan biridir.

lale 2020-05-02 23:21:15

duz soz

Elman 2020-05-02 19:14:47

Heç bir nazir həbs olunmayacaq. Eldar Fazil Ziya həbs olundumu? Əlbətdə yox. Niyəsi hamıya aydındır.

S.Ənvərqızı 2020-05-02 17:59:25

Hörmətli Siyavuş müəllim, məmur özbaşnalığı nəticəsində ailəm 8-ildir ki, əzab içində yaşayır.. Rabitə naziri Ramin Quluzadəyə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq qanunun aliliyinə riayət etmək əvəzinə, dövlətimizə öz xidmətləri ilə xəyanət edən məmurun şəxsi maraqlarına üstünlük verir ??? Arxalı olduğuna görə ???? Sizin ünvanınızada 30.04.2020-ci il tarixdə MM-in saiti vasitəsilə müraciət də etmişəm...Xahiş edirəm Qanunlarımızın Rabitə nazirliyində işlək vəziyyətində olması üçün köməklik göstərməyinizi xahiş edirəm

Bədəl 2020-05-02 16:15:47

Ay Siyavuş müəllim,hansı nazirlərin?

Siyavuş Novruzov cənablarına 2020-05-02 16:14:56

İndiə qəsdər işdən çıxarılan.milyardlar yeyən nazirlər,İcra başçıları və digərlərinin hamısının YAP üzvü olması bu partiyada işlərin doğru və təmiz təşkil edilmədiyini əyani sübut etməkdədir.Siyavuş bəyin bu yazısı.əgər açıqlama adlandırsaqa.anlaşılmaz,konkretlikdən uzaq bir sicilləmə xarakteri daşıyır.zbeəabsurd,konkretlikdən uzaq bir yazının məqsədi bəlli deyil ki,cənab Novruzov nə demək istəyir.Onsuz da bunlar hamısı xalqın gözü önündə baş verir.Belə halda mənasız bir yazının məqsədi aydn olmur.Məncə YAP öz sıralarına yenidən baxmalı,böyük təmizlik işi aparmalı,təsad3fi adamların vzifələrə təyininə ciddi baxmalıdır ki,çayçı İcra başçısı təyin edilməsin.Hələki bu istiqamətdə YAP-ın fəaliyyəti hiss olunmur.Yaxçı olar ki,hörmətli Novruzov bu işlərlə məşğul olsun.tiçvyMill

pensioner 2020-05-02 15:52:29

Siyavuş da daxil olmaqla məmurların və yuxarı çinli partiya funksionerlərinin gəlirləri və xərcləri barədə bəyannamələrin verilməsi və dərc edilməsindən başlamaq lazımdir.Hər bir ölkə vətəndaşı istədiyi şirkətin təsisçiləri barədə məlumat almaq hüququna malik olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol