Ötən gün Avropada 25 min 674 nəfər koronavirusa yoluxub, 2 min 1 nəfər isə dünyasını dəyişib.Musavat.com xarici mənbələrə istinadən bildirir ki, Avropada koronavirusa yoluxanların ümumi sayına görə ilk sırada İspaniya gəlir.
Belə ki, ötən gün İspaniyada 2 min 588 nəfər koronavirusa yoluxub, 276 nəfər isə bu virusdan dünyasını dəyişib. Ümumilikdə İspaniyada indiyədək 245 min 567 nəfər koronavirusa yoluxan, 276 nəfər isə bu virusdan ölən var.
Avropada ümumi yoluxma sayına görə ikinci olan İtaliyada ötən gün 1900 nəfər yoluxub, 474 nəfər ölüb. Ümumilikdə bu ölkədə 209 min 328 yoluxan, 474 nəfər isə ölən var.
Üçüncü yerdə gələn İngiltərədə ötən gün 4 min 806 nəfər yoluxub, 621 nəfər ölüb. Ümumilikdə İngiltərədə 182 min 260 nəfər ölən, 28 min 131 nəfər yoluxan var.
Dördüncü yerdə olan Fransada ötən gün 1050 nəfər yoluxub, 166 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə 168 min 396 yoluxma, 24 min 760 ölüm qeydə alınıb.
Avropa üzrə beşinci yerdə isə Almaniyadır. Almaniyada ötən gün 890 nəfər yoluxub, 76 nəfər isə ölüb. Bu ölkədə ümumilikdə yoluxanların sayı 164 min 967 ölənlərin sayı isə 6 min 812 nəfərdir.


Şərhlər