Menu

Bakıda 22 yaslı gənc bıçaqlandı

03.05.2020, 21:25
Bakıda 22 yaslı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində 1998-ci il təvəllüdlü Həsənov Burhan Qabil oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmis bıçaq yarası aşkarlanıb. B.Həsənov cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol