Menu

"Sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır" - BNA

04.05.2020, 17:16
"Sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır" - BNA

"Son günlərdə sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır. Bu da nəticə etibarı ilə beynəlxalq mediada, həm də ÜST tövsiyələrində deyildiyi kimi, ikinci dalğanın olması ehtimalını yüksəldir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, son günlərdə sıxlıq müşahidə olunur: "Bu isə xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bir həftə əvvəlki nəqliyyat axını ilə bugünkü arasında 10-12 faiz artım müşahidə olunur".

Şərhlər

MRP 2020-05-04 17:57:16

Siz işinizi düzgün qurmamısınız....BNA-nın karantin dövründəki işi dövlətçiliyə ziyamdam başqa bir şey deyil....Hamını günahkar edəcəksiniz bircə öz səriştəsizliyinizi etiraf etməyəcəksiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol