Menu

Ramiz Mehdiyev sərəncam imzalayıb

04.05.2020, 18:14
Ramiz Mehdiyev sərəncam imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verildiyi qeyd olunub.

Sərəncamla AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinə işə cəlb edilən və edilməyən işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilməli, xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi üçün tapşırıq verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.

Şərhlər

Qaraqoyunlu 2020-05-05 09:08:01

Sərəncamın ""yəni"-si aydın olmadı- pozitiv gözlənti, neqativ reaksiya ya necə?...

Eko 2020-05-05 05:31:21

Derdeeeee

Letif 2020-05-05 01:13:03

Akademiya da. Bu gunde.ne elm var, ne netice. Hele qufrrt de deyyir akademiyaya telebe qsbulu aparilsin..

L.ƏDALƏTƏ 2020-05-04 20:24:55

Qocalar evi dediyiniz akademiyada elə qocalar var ki, ali məktəbi bitirəndən sonra onların yalnız bir iş yeri olub. O da AMEA. Onlar Milli Məclisdə oturan cavanlardan daha savadlı, daha səviyyəlidirlər. Bəlkə onları da küçəyə atıb, parlament kimi AMEA-nı da gənclər təşkilatına çevirəsiniz? Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi yaş senzi yoxdur.

BAKILI 2020-05-04 19:47:48

Bu serancamda vere bilir 90 yawinda

t.ədalət 2020-05-04 18:59:44

Akademiya qocalar evidir.Görünür,Ramiz müəllim "hökmüranlığını" bərpa etmək istəyir.Belələri kabinetdən kənarda çox darıxır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol