Menu

Bakıda 20 manat kapitalı olan şirkətə 3 milyon manatlıq sifariş verildi

04.05.2020, 18:56
Bakıda 20 manat kapitalı olan şirkətə 3 milyon manatlıq sifariş verildi

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımi mal-materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.

Qalib şirkətə 2,99 milyon manat ödəniləcək.

Qeyd edək ki, “İnterkabel” firması 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Şərhlər

Seyfulla 2020-05-04 22:49:50

Bu xəbərlərin məqsədi nədir? Həmin firma Azərbaycanda elektrik bazarında artıq neçə ildir çalışır. Bu “yazarlar” reytinq xatirinə internet səhifələrini doldurmaqdan başqa məqsədləri yoxdur.

Arif 2020-05-04 19:58:28

Kölgə iqtisadiyyatI, əkonomik maxinasiya budur. Yoxsa yetimin birinin vöini yoxdur onu əzmək məhv eləmək yox. Milyardlar, 90 faiz pul kapital, milli sərvət talançıların, oliqarxların əlindədir. Bunlara qanun-qayda qoymaq lazımdır. Kölgə iatisadiyyatı bax budur. Bunu hamı bilir. Kölgə İtisadiyyatına başqa tərif verib kasıb kimsəsiz əhalini sıxışdırıb qanını da içmək lazım deyil. Milyarlarla xalqın pulunu kredit götürüb atırlar. Bunlara qarşı mübarizə aparmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol