“Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər dövlətin hər şeyi gördüklərini bilməlidirlər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.
Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.
Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının çıxışına cavab olaraq bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib: “Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”.
Musa Qasımlı isə cavabında Sabir Rüstəmxanlını "25 il deputatı olduğu rayonda bir kasıbın qapısını döyməməkdə" qınayıb.


Şərhlər
HIZIR CAKIRBEYLININ SOZU OLMASIN --gozlerinin icine diqqetle bax bilersen kim dusmendir kim dost.Men baxdim...
PARLAMENTƏ DEPUTATLAR ETİMAD DEYİL NİFRƏT GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ SEÇİLİR. HAMI ŞAHİD OLDUQ Kİ, MM-ə XALQIN NİFRƏT ETDİYİ, DÖYÜB KƏNDDƏN QOVDUĞU ADAMLAR SEÇİLDİ VƏ ƏN YÜKSƏK KÜRSÜLƏRDƏ ƏYLƏŞDİRİLDİ.
Tamamlilə doğru yazmısınız.Amma YAP-ın Əli Əhmədovu ilə Siyavuşuyaddan çıxarçısınız.Bunlar millətə utanc verən.... Ancaq birməsələ maraq doğurur.YAP üzvlərinin bu qədər cinayətlərinə illərə niyə göz yumulub?Axı bu günlərdə ortaya çıxarılan icra başçıları,nazirlər ilə əlaqəgadar cinayətlərin uzun illər davam etməsinə niyə diqqət edilməyib? Kimdir bu işlərdə möhtərəm Prezidenti aldadanlar.Niyə onlar ifşa olunmur?viv o
Hər bir rayonda bağışlanılmaz halda neqatif hallara yol verilib... Siz isə ica başçısını müdafiə mövqeyindən çıxış edirsiniz...Görünür sizin deputat seçilməsində icra başçısının müstəsna qiymətləri olub ?
Bu şəxslərin heç biri deputat olmalı deyildi. Hər ikisinin potensialı çoxdan bitib Hər ikisinə xalqın mənafeyi yox, mənsəb, deputata maaşı və imtiyazlar. lazımdır. Biri gedib şerini yazsın, digəri isə pedaqoji fəaliyyətini davam etdirsin.etdirsin.
Musa müəllim, özünüzü yormayın. Kimin kim olduğunu el bilir. Bir dəfə də olsun Yardımlıdan olan vitse spikerlə öz doğma rayonlarına gedib xalqın dərdi ilə maraqlanmayıblar. Onlar Yardımlıya ancaq yeyib içməyə gedibləır. Xahiş edirəm ki şərhimi verəsiniz..
Musa müəllim çox doğru deyir. Sabir Rüstəmxanlı Yardımlının millət vəkili olduğu 25 ildə bir dəfə də olsun bir imkansızın qapısını döyməyib. Cünki onun xarici ölkələri, xüsusilə də Türkiyəni gəzməkdən doğma rayonuna getməyə heç vaxtı olmayıb. Heç olmasa Hamarkəndin problemlərini bilirmi?
Məlumdur ki,bu dəfəki deputat seçkilərindən sonra islahatlara və b. yaxşılıqlara doğru addım atılacağına xalqın inamı itdi.Hamı gördü ki,deputat seçkisi bir oyun oldu.Odur ki,parlamentdəkilərə deputat yox,vəsiqə verilmişlər-deyə müraciət ,daha doğru olar. Seçki saxtakarlığı ölkənin gələcəyinə çox böyük ziyan verəcək.Biz müharibə ölkəsiyik.Bizim deputatlar cəbhəni addımlamış və düşmənə böyük nifrəti olanlardan seçilməlidir.Hakimiyyət eşalonundakı anası,arvadı və qayınanası erməni olan nazirlər də saxta seçkiyə "HƏ"-deyən deputatlar qədər VƏTƏNƏ sadiq deyillər.Yoxlanılsa,əksəriyyəti ordudan qaçmış və övladlarını əsgər olmasınlar deyə xaricə göndərən şəxslərdir.Vəziyyət belə qaldıqca ermənilər bizə ərazi qaytarmayacaq.Deputat vəsiqəsini Vətəndən əziz hesab edənlərdən ölkə xilas edilməlidir.