Menu

“İrana qarşı silah embarqosunun vaxtı uzadılsa, cavabımız ağır olacaq” - Ruhani

06.05.2020, 16:15
“İrana qarşı silah embarqosunun vaxtı uzadılsa, cavabımız ağır olacaq” - Ruhani

“İrana qarşı silah embarqosunun vaxtının uzadılmasının qarşı tərəf üçün ağır nəticələri olacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib ki, ABŞ İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxmasının yanlış olduğunu anlayıb.

“ABŞ hiss edir ki, yaxın aylarda həmin plana əsasən və BMT-nin 2231-ci qətnaməsinə uyğun olaraq, İrana qarşı tətbiq olunan silah embarqosu ləğv olunacaq və İran istədiyi silahları ala biləcək. Onlar HBFP-dan çıxdıqlarının yanlış olduğunu anladıqları üçün indi silah embarqosundan danışırlar. Əgər Planın və BMT qətnaməsinin tələbinə zidd olaraq silah embarqosunun vaxtını uzatmaq istəsələr, cavabımız ağır olacaq”, - H. Ruhani vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol