Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.
AQTA-dan "Report"a daxil olan məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb:
"OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.
Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.
Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub".


Şərhlər
AQATA rəhbərinin ətrafı "zəngəzurşik"lərlə doludur.Məncə,islahatlara belə təşkilatların ləğvindən başlamaq doğru olardı.
AQTA-nin işini qeyri məqbul-PİS sayıram.Onlar öz işləri iylə ciddi məşqul olmurlar.MƏSƏLƏN cörəğ bişirilməsi və satışı,TƏNDİR cörəyi tamamı iylə texnaloğiyaya uyqun bişirilmir.Maqazalar qida sanitar normalara əməl etmir.SES-in işini ğörmək mümkün deyil Onlar əvvəldən HAKQA işləyirlər.Məhsullsrın ceşidlənməsi və təşkili əksər satış mərkəzlərində PİSDİR.Ətin satışında coxlu neqativ hallar var.Hətta hər an BUTULİZİM xəstəliyinə tutulma etimalı yüksəkdir.Əsas BÖYÜK marketlərdə CAMƏŞ əti QARA MAL əti kimi satılır.BİRİSELLOZ xəstəliyinə yoluxmuş ətləri satış mərkəzlərində ğörmək olar.SONSUZLUQUN və bəzi xəstəliklərin əsil səbəbi budur.