Menu

Sabah Belarusda prezident seçkisinin tarixi müəyyən ediləcək

07.05.2020, 19:13
Sabah Belarusda prezident seçkisinin tarixi müəyyən ediləcək

Belarus deputatları mayın 8-də növbəti prezident seçkisinin vaxtını təyin edəcək. “Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko pandemiyaya baxmayaraq, seçkinin yayda keçiriləcəyini açıqlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina seçkilərin yalnız avqustun 30-da keçirilməsinin mümkün olacağını söyləyib. Onun sözlərinə görə, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyi halda bu siyasi kampaniyanı təxirə salmaq olar.

Qeyd edək ki, Aleksandr Lukaşenko 1994-cü il iyulun 20-dən Belarus prezidentidir. O, 1954-cü il avqustun 30-da ölnənin Vitebsk vilayəti Orşansk rayonunun Kopıs qəsəbəsində anadan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol