Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.
“BakuPost” xəbər verir ki, 2 şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb. Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.
Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb. Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.
Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.
Məlumatı ”BakuPost”a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.


Şərhlər
Cənab Nazir, Şəki Məşğulluq İdarəsinə təyin olunan rəis və müavinin əməllərində ........ müavin əvvəllər sobezdə müavin işləyib, vətəndaşlara verilən müavinatların ilin 6-ayını özləri alıb,belə bir adamı Məşğulluq idarəsinə müavin təyin etmisiniz ????
Əsas dəyişiklik DSMF-da olmalıdır.Müh.Əlilləri və şəhid ailələrinə verilən mənzillər fondun kommersiya oyununa çevrilib.Yaşayış yeri üzrə verilməli olan mənzillər MTK-ların şirinlik təklifi ilə Abşeronun ucqar yerlərində tikilən,alıcısı olmayan yerlərdən alınır...