Menu

“BELƏ GETSƏ, KİMİN ÖLÜB, KİMİN YAŞAYACAĞINA QƏRAR VERİLƏCƏK” - Xəstəxanadan REPORTAJ + VİDEO

08.05.2020, 14:35
“BELƏ GETSƏ, KİMİN ÖLÜB, KİMİN YAŞAYACAĞINA QƏRAR VERİLƏCƏK” -   Xəstəxanadan REPORTAJ + VİDEO

Azərbaycan Televiziyası (AzTV) növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.

Xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər. Süjetdən görünür ki, bir neçə gün əvvəl eyni xəstəxanadan hazırlanmış reportajda boş olan çarpayılarda artıq koronavirus xəstələri yatırlar.

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar.

COVID-19-dan sağalmış Almaz Ağayeva isə deyib ki, həkimlərin səyi nəticəsində həyata yenidən göz açıb. O, yaşı çox olduğundan, koronavirusdan sağalacağına ümidsiz olsa da, özünü şanslılardan hesab edir. 

Reportaj AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.

Şərhlər

Azer 2020-05-09 07:05:57

Bu insani derhal heps etmek lazimdi !!!! Buna SABOTAJ deyirler !!! Bilesiz Derhal Heps !!!!!Prokuratura hardasiz qardashlar ?

eko 2020-05-09 07:01:25

Bu sôzleri , hec bir milletin hekimi denezdi !!!! amma bizimki dedi ))) derd derd derd hayif bu milletden cox hayif!!! Prezident yaziq bu qeder pul ayirur, )))bu ise hele secim axtarir

Vahid 2020-05-09 06:59:14

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirovun kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqları barədə işlətdiyi ifadəni rüsvayçılıq sayıram.

Eko 2020-05-09 06:53:26

Ay ferrux sen cox ....hekimsenmi deyim , ne deyim sene . Azerbaycanli olsaydin bele danishmazdin !!!!

Əli 2020-05-09 01:14:17

Qərarı Allah verir, sən kimsən Yaradanın əvəzinə qərar verəsən?

Konul 2020-05-08 22:17:11

Hekim adina yarashmayan sozler danisirsiz.Secim elemek ne demekdir?Tesadufen sen hekimin,yashli anasi ve ya atasi da oraya xeste kimi dushe biler.Secim edeceksen???Senin kimiler bu soze gore qanun qarshisinda cavab vermelidirler.Buna bir bax,secim edecek?????

adam 2020-05-08 20:59:38

koronoviruslu xeste agziuste yatir.Bravo.Gorunur,guclu tengnefesliyi var.

Adil 2020-05-08 20:41:44

Nooldu tay , bashqa ôlkeler pocdi hamsin saqaldir .Biz niye secim etmeliyik )) Axi bu insan heyatidi , oyuncaq deyil !!! O ne demek secim edecik ? Anlamadin ?!!!!

Adil 2020-05-08 16:34:24

Demeli bu qerar rushvete yol aca biler ))) kimin piulu varsa hekimlere verecek ....

Omer 2020-05-08 16:27:00

A kisi siz ne danisirsiniz? Azerbaycan in bu qeder pulu olub. Ona buna yardim edilib.. Yeni 10000 yeri ola bilen xestexanalar yoxdu yeni?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol